MSK sədri:128 müşahidəçi qeydə alınıb

İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlanıb.

“Sherg.az”ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.                                                                                                                                                                          İndiyə qədər 128 müşahidəçi qeydə alınıb.
Onlardan 125-i Yeni Azərbaycan Partiyasının müşahidəçiləridir, 3 nəfər isə öz təşəbbüsü ilə müşahidəçi kimi qeydiyyatdan keçib.