Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Yusif Nəzərli
15:11 03.02.2025
Siyasət
297
Məzahir Pənahovun sədrliyi ilə fevralın 3-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.
Sherg.az xəbər verir ki, iclasda 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Seçki qanunvericiliyi ilə nəzərdə tutulmuş müddətdə və qaydada iclasa çıxarılan müraciətlər, maraqlı subyektlərin və ərizəçilərin də iştirakı ilə geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.
Mərkəzi Seçki Komissiyası daxil olan müraciətlərin və müxtəlif mənbələrdən əldə edilən məlumatların tam şəffaf, obyektiv və hərtərəfli araşdırılması nəticəsində 81 saylı İmişli seçki dairəsinin 42, 43, 44 və 46 saylı seçki məntəqələrində seçicilərin iradəsinin müəyyənləşdirilməsinə imkan verməyən halları nəzərə alaraq, həmin seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız hesab edilməsinə və beləliklə sözügedən seçki dairəsi üzrə Bəcirəvan bələdiyyəsinə seçkilərin etibarsız sayılmasına qərar verib.
Komissiyanın qərarına əsasən 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 30 saylı seçki məntəqəsində də seçicilərin iradəsinin müəyyənləşdirilməsi mümkün olmadığına görə səsvermənin nəticəsi etibarsız hesab edilib.
Media mənsubları tərəfindən operativ şəkildə işıqlandırılan iclasın sonunda, həmçinin cari məsələlərə də baxılıb.
Oxşar xəbərlər
Azərbaycan - Özbəkistan münasibətləri çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir -ANALİZ
12:09 24.08.2026
İsmail Cingöz: İlham Əliyevin Özbəkistan səfəri Türk dünyasının gələcək siyasi və iqtisadi quruluşu baxımından strateji əhəmiyyət daşıyır
09:21 24.08.2026
Həm Özbəkistan, həm də Azərbaycan üçün çox böyük və mühüm bir mərhələ başlayır -Şərh
21:44 23.08.2026
Xəbər lenti
Hamısına bax
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region