Millət vəkili: "Siyasətdə daimi dostlar olmur, daimi maraqlar olur"
11:20 25.02.2025
Siyasət
853
"Hər bir dövlət, öz təhlükəsizliyinin qayğısına özü qalmalıdır, kiməsə arxalanmamalıdır. Arxalananda Zelenskinin düşdüyü vəziyyətlə qarşılaşır".
"Ən yaxşı nümunəni Prezidenti İlham Əliyev göstərdi"
"Son zamanlar beynəlxalq münasibətlər sistemində proqnazlaşdırılmamış, ziddiyətli və mürəkkəb proseslər baş verir".
Bu barədə "Sherg.az"a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputat vurğulayıb ki, ABŞ-də Donald Trampın yenidən prezident seçilməsindən sonra Ağ Evin Avropa İttifaqı, Ukrayna və Rusiya siyasətində kəskin dəyişikliklər müşahidə olunur:
"Ələlxüsus, Bayden administrasiyasının dəstəklədiyi Ukrayna prezidenti Zelenski "qeyri-legitim", "diktator", müharibənin dayandırılmasında "əsas əngəl" adlandırılır. Bütün bunlar, onu göstərir ki, müasir dünyada beynəlxalq hüququn normaları yox, korporativ maraqlar, güc amili qəbul olunur. Yaranmış vəziyyət, bir çox dövlətlər, o cümlədən bizim üçün düşünməyə əsas verir. Siyasətdə daimi dostlar olmur, daimi maraqlar olur. Hər bir dövlət, öz təhlükəsizliyinin qayğısına özü qalmalıdır, kiməsə arxalanmamalıdır. Arxalananda Zelenskinin düşdüyü vəziyyətlə qarşılaşır. Ən yaxşı nümunəni Prezidenti İlham Əliyev göstərdi".
Parlament üzvü vurğulayıb ki, Azərbaycan coğrafi baxımdan son dərəcə mürəkkəb, qlobal güclərin maraqlarının toqquşduğu bölgədə yerləşir:
"Azərbaycan Şimaldan, Cənubdan, Qərbdən gələn təzyiqlərə baxmayaraq, heç bir gücün əlində alət olmadı. Müstəqil, milli və dövlət maraqlarına söykənən siyasət apardı. Məhz, bu siyasət, ölkəmizin beynəlxalq nüfuzunun artmasına, iqtisadi və hərbi cəhətdən güclənməsinə xidmət etdi. Bu gün, Zelenskini müharibəyə sürükləyənlər, meydanda tək buraxanlar ortalıqda yoxdur. Təəssüf ki, Ukraynanın bir dövlət olaraq, xəritədən silinməsi təhlükəsi mövcuddur. Bu barədə hər birimiz düşünməliyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi