Türk dövlətləri təhdidləri yalnız birgə aradan qaldıra bilər -Millət vəkili
Yusif Nəzərli
09:44 16.04.2025
Siyasət
355
“Son dövrlərdə dünyada geosiyasi gərginliklər artıb, regional münaqişələr və qeyri-ənənəvi təhlükəsizlik təhdidləri gündəmə gəlib. Bu vəziyyət, bizləri daha yaxın əməkdaşlığa, birgə müdafiə strategiyalarına və effektiv təhlükəsizlik əməkdaşlığına çağırır. Türk dövlətləri olaraq, biz bu təhdidləri yalnız birlikdə aradan qaldıra bilərik”.
Sherg.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova Türk Dövlətləri Təşkilatının Parlament Assambleyasına (TÜRKPA) üzv ölkələrin parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələrinin sədrlərinin iclasında çıxışı zamanı deyib.
Səbinə Salmanova iclasda bir neçə təkliflərlə çıxış edib:
“Təklif edirəm ki, TÜRKPA ölkələri arasında ortaq təhlükəsizlik çağırışlarına qarşı müdafiə və təhlükəsizlik strategiyası hazırlansın. Hesab edirəm ki, bu strategiya, regiondakı əsas təhdidləri nəzərə alaraq birgə müdafiə siyasətinin formalaşdırılmasına öz töhfəsini verəcək. Hibrid təhdidlər, terrorizm və kiberhücumlar kimi təhlükələrə qarşı ortaq yanaşmaların müəyyən edilməsi məqsədilə bu strategiya, üzv ölkələr arasında koordinasiyanı təmin edəcək.
Bundan başqa, təklif edirəm ki, komitələrimiz arasında daha sıx əməkdaşlığımızla bağlı saziş imzalansın. Bu sazişlə Müdafiə və Təhlükəsizlik Əməkdaşlığı üzrə Koordinasiya Şurası da yaradıla bilər. Komitə rəhbərləri və əsas üzvlərdən ibarət olacaq Şura mütəmadi iclaslar vasitəsilə regional təhlükəsizlik gündəliyini və strateji qərarlar qəbul etsinlər. Alt işçi qrupları (kiber təhlükəsizlik, sərhəd təhlükəsizliyi və s.) fəaliyyət göstərsinlər.
Hesab edirəm ki, bu Koordinasiya Şurasının yaradılması, təkcə təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək deyil, eyni zamanda parlament diplomatiyasının mühüm bir elementi kimi regional sabitliyə və sülhə töhfə verəcək. Eyni zamanda, dövlətlərin milli maraqlarını qorumaqla yanaşı, ortaq təhlükəsizlik mühitinin formalaşmasına da şərait yaradacaq.
Digər təklifim isə qanunvericilik bazalarının uyğunlaşdırılması ilə bağlıdır. Bununla əlaqədar ortaq hüquqi elektron portal da yaradıla bilər. Bu portal vasitəsilə təcrübə və məlumat mübadiləsi təşkil oluna bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm