ABŞ konqresmenləri Bakıya gəldi - FOTO
Yusif Nəzərli
15:17 03.06.2022
Siyasət
671
ABŞ konqresmenləri Azərbaycana səfərə gəlib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, iyunun 3-də Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə ölkəmizdə səfərdə olan ABŞ Konqresinin nümayəndə heyəti arasında görüş keçirilib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri və Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov zərbaycanla Birləşmiş Ştatlar arasındakı əlaqələrdən söz açıb. O, Azərbaycanın təşəbbüskarı olduğu beynəlxalq layihələrin reallaşmasında ABŞ-ın və onun Konqresinin dəstəyini məmnunluqla qeyd edib. Səməd Seyidov 44 günlük Vətən müharibəsindən sonra bölgəmizdə yaranmış yeni reallıqlar və regional əməkdaşlıq imkanları, Azərbaycanın bölgədə sülhün bərqərar olması və regional əməkdaşlığın inkişafı üçün göstərdiyi təşəbbüslər barədə məlumat verib.
Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Sevinc Fətəliyeva, Nigar Arpadarai, Erkin Qədirli və Asim Mollazadə regionda gedən proseslər haqqında fikirlərini bölüşərək Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü təmin etdiyini diqqətə çatdırıblar. Deputatlar işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən aparılan yenidənqurma işləri barədə məlumat veriblər, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıblar.
ABŞ Konqresi nümayəndə heyətinin üzvləri Dişa Banik, Vill Smeters, Uilyam Kristian, Troy Duql, Sara Temic, Ata Xan, Ketrin Nikol Klos səmimi qəbul üçün təşəkkür ediblər, regionda gedən proseslərlə bağlı verdikləri suallara deputatlar ətraflı cavablar veriblər.
Görüşdə Azərbaycanın beynəlxalq hüquqa, demokratiyaya və bəşəri dəyərlərə sadiq olduğu, bölgədə sülhün bərqərar olunması və regional əməkdaşlığın inkişafı üçün çalışdığı qonaqların diqqətinə çatdırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya