
Anna erməni gənclərə “ana” olmadı:“Səngərdə müharibə pozaları verdi...”
Yusif Nəzərli
14:52 03.04.2023
Siyasət
880
"Azərbaycanlı gənclər ölümün gözünün içini dik baxaraq könüllü şəkildə müharibəyə can atırdı. 44 günlük müharibədə onların göstərdiyi bu rəşadətin sayəsində torpaqlarımızı azad etdik".
Bunu "Sherg.az"a açıqlamasında "Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camalqızı Anna Akopyanın etiraflarına münasibət bildirərkən deyib.
O qeyd edib ki, bunun özü artıq böyük bir göstəricidir:
"Azərbaycan bütün dünyaya sürətli müharibə aparmağın nümunəsini göstərdi. Hətta dünyanın bir çox aparıcı institutları 44 günlük müharibənin nəticələrini araşdırmaqla məşğuldurlar. Yəni biz dünyaya torpaqlarımızın işğaldan xilası barəsində gözəl bir nümunə göstərdik. Əslində biz erməni gənclərini də qurtarmağa çalışırdıq".

Baş yazarın sözlərinə görə, heç bir uğuru ilə fərqlənməyən erməni ordusundan fərarilikdən başqa heç nə gözləmək olmaz:
"Ümumiyyətlə, torpaqlarımızın işğal olunmasında üçüncü tərəflərin köməyi və dəstəyi ilə həyata keçirilib. Ermənistan ordusu hər zaman qorxaqlardan ibarət olub. Biz bunun zaman-zaman şahidi olmuşuq. Vətən müharibəsində də bunu bir daha gördük. Digər tərəfdən erməni gəncləri yaxşı başa düşürdü ki, öz torpaqları uğrunda vuruşmurlar. Onlar yaşamaq istədikləri üçün, döyüşdən qaçırdılar. Anna Akopyan bunu indi etiraf etməkdənsə, həyat yoldaşının rəhbərlik etdiyi komandanı bir ana və qadın kimi haqsız müharibədən çəkindirməli idi.
Azərbaycanın birinci xanımı və Birinci-vitse prezident Mehriban xanım Əliyeva erməni analarına müraciət edərək bildirmişdi ki, "Əgər övladlarınızın ölməyini istəmirsizsə onları Azərbaycan torpaqlarından çəkin və evinizə çağırın". Düşünürəm ki, əsil ana, qadın sülh tərəfdarı olmalı və gənclərə belə bir çağırış etməlidir. Lakin təəsüf ki, o,bunun əvəzinə hərbi geyim geyindi və başına qızları toplayaraq səngərdə müharibə pozaları verdi. Bu isə yanlış addım idi və bu ədalətsizliyin cavabını Azərbaycan ordusu, gəncləri mərdi-mərdanə verərək torpaqlarımızı işğaldan azad etdi".
Qeyd edək ki, Anna Akopyan etiraf edib ki, 2020-ci ildə 44 günlük müharibədə Ermənistan Ordusunun təxminən 25%-i - 11 min nəfəri fərari olub, döyüşlərdən qaçıb. O, Paşinyanın və özünün könüllü cəbhəyə yollanmaq üçün erməni xalqına müraciətlərinə, çağırışlarına da cəmiyyətdən tutarlı reaksiya gəlmədiyini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə