Azərbaycan və BƏƏ COP29-la əlaqədar mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirir
Yusif Nəzərli
06:28 20.09.2024
Siyasət
340
Sentyabrın 19-da Bakıda "Azərbaycan Hava Yolları" QSC-nin nümayəndələri ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nümayəndə heyəti arasında ikigünlük görüşə start verilib. Görüşün məqsədi Dubayda keçirilən COP28 tədbirinin təşkili zamanı əldə edilən təcrübəni bölüşmək və mülki aviasiya sahəsində əməkdaşlığı genişləndirməkdir.
Sherg.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu təcrübə mübadiləsi Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanı "Azərbaycan Hava Yolları" QSC-nin rəhbərliyi təmsil edir. BƏƏ nümayəndə heyətinə isə BƏƏ-nin Baş Mülki Aviasiya İdarəsi (GCAA), Dubay hava limanları, biznes aviasiya və VIP xidmətlər üzrə ixtisaslaşmış "Jetex" şirkəti, həmçinin Dubay Aeronaviqasiya Xidmətinin (DANS) nümayəndələri daxildir.
"Bu görüş Azərbaycan ilə BƏƏ arasında davamlı inkişaf və iqlim dəyişikliyi sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm mərhələ kimi qiymətləndirilir. Tədbirin əsas mövzularından biri də COP29-a hazırlıq çərçivəsində BƏƏ-nin iri beynəlxalq tədbirlərin təşkili sahəsində qabaqcıl təcrübələrini öyrənməkdir.
Azərbaycan və BƏƏ-nin aviasiya sənayesi nümayəndələrinin qarşılıqlı fəaliyyəti qabaqcıl həll və təcrübələrin mübadiləsi üçün geniş imkanlar yaradır. Görüş çərçivəsində logistika, uçuşların təhlükəsizliyi, hava hərəkətinin idarə edilməsi və sərnişin məmnuniyyətinin artırılması kimi məsələlərin müzakirəsi nəzərdə tutulur. Eyni zamanda, aviasiya sahəsində rəqəmsal texnologiyaların tətbiqi və hava limanlarının idarə edilməsi səmərəliliyinin yüksəldilməsi mövzuları da diqqət mərkəzindədir," - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm
Günə enerjili başlamaq üçün 9 səhər vərdişi
17:16 13.10.2026
Sağlamlıq
Dövlət Baxçalı Kılıçdaroğlu ilə görüşüb
17:09 13.10.2026
Siyasət
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp İran rəhbərlərinin öldürülməsini səhv addım hesab edib
16:37 13.10.2026
Gündəm