Azərbaycanın niyyəti yeni müharibə deyil, sülhdür - ŞƏRH
14:48 21.09.2024
Siyasət
502
Bakı konkret mesaj verir ki, onun üçün işğaldan azad olunan ərazilərin intensiv quruculuğu daha vacibdir
"Azərbaycan 2025-ci ildə hərbi xərclərini 468.0 milyon manat (275.2 milyon dollar) azaldacaq. Ermənistanın silahlanması fonunda bu məqam diqqət çəkir". Bunu politoloq Turan Rzayev deyib. Ekspert bildirib ki, prinsip etibarilə belə bir addımın atılması gözlənilirdi. Çünki işğal faktoruna görə rəsmi Bakı hər il dövlət büdcəsinin böyük hissəsini ordu xərclərinə ayırırdı: "Bu xərclər həm yeni texnika, silah-sursatın alınması, həm də mövcud arsenalın yenilənməsinə xərclənirdi.
44 günlük İkinci Qarabağ müharibəsi və lokal xarakterli antiterror əməliyyatları ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Qarabağ mərhələsi bitdi. Delimitasiya, demarkasiya, habelə sülh danışıqlarının uğurla davam etdiyini nəzərə alsaq, hərbi xərclərin azaldılmasında təəccüblü nəsə yoxdur. Rəsmi Bakı indiki məqamda prioritet məsələ kimi işğaldan azad edilən ərazilərin bərpası, habelə böyük qayıdış siyasəti çərçivəsində vətəndaşların torpaqlarına qayıtmasına daha çox diqqət ayırır. Prosesin qısa zamanda yekunlaşması üçün müəyyən sahələrdə kəsintiyə gedilməsi normaldır. Qeyd edim ki, Qarabağ və Şərqi Zəngəzurun qurulmasına Azərbaycanın dövlət büdcəsindən gələn il 4 milyard manat ayrılacaq.
Azərbaycanın atdığı bu addım həm də siyasi motivlidir".
Ekspert vurğulayıb ki, son aylar xüsusilə Qərb mediasında rəsmi Bakının Ermənistana qarşı yeni əməliyyatlara hazırlaşdığı, hətta Zəngəzura hərbi müdaxilə edəcəyi ilə bağlı absurd xəbərlər, yazılar dərc edilir: "Başda Fransa olmaqla bir sıra ermənipərəst ölkələr bu istiqamətdə uydurma ”kəşfiyyat” materiallarını Ermənistana təqdim edir. Yəni faktiki olaraq regionda gərginlik atmosferi yaradılır.
Azərbaycan sürətlə silahlanan Ermənistanla müqayisədə ordu xərclərini azaldaraq, niyyətinin yeni müharibə olmadığının mesajını verir. Təbii ki, qeyd olunan məbləğ ümumi xərclərin kiçik hissəsidir. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi olmadığından gərginlik riski hər zaman var. Yəni Ordumuz bundan sonra da güclənəcək. Bununla belə, Bakı konkret mesaj verir ki, onun üçün işğaldan azad olunan ərazilərin intensiv quruculuğu daha vacibdir. Müharibədə isə ümumiyyətlə, maraqlı deyilik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm
Günə enerjili başlamaq üçün 9 səhər vərdişi
17:16 13.10.2026
Sağlamlıq
Dövlət Baxçalı Kılıçdaroğlu ilə görüşüb
17:09 13.10.2026
Siyasət
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp İran rəhbərlərinin öldürülməsini səhv addım hesab edib
16:37 13.10.2026
Gündəm