Bayramov Fələstin Dövlətinin Baş naziri ilə görüşüb - YENİLƏNİB + FOTO
Yusif Nəzərli
16:58 30.03.2023
Siyasət
705
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstinə rəsmi səfəri çərçivəsində Fələstin Dövlətinin Baş naziri Mohammed Ştayyeh ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə Azərbaycan və Fələstin arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq gündəliyi, çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyət məsələləri, eləcə də regional vəziyyət müzakirə olunub.
İki xalq arasında əlaqələrin tarixi köklərə əsaslandığını, xalqlarımızın möhkəm dostluq münasibətlərinin olduğunu qeyd edən nazir Ceyhun Bayramov, Azərbaycan və Fələstin arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərindən danışıb. Fələstinin Ramallah şəhərində Azərbaycan Respublikasının Təmsilçilik Ofisinin açılmasının mövcud münasibətlərin inkişafı üçün yeni imkanlar yaradacağına əminlik ifadə olunub.
C.Bayramov Azərbaycanın Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirdiyini qeyd edərək, ölkəmizin BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq Fələstin məsələsinin iki dövlət prinsipi əsasında həllini dəstəklədiyini və bu mövqenin beynəlxalq təşkilatlar çərçivəsində birmənalı şəkildə ifadə olunduğunu vurğulayıb.
Nazir Ermənistanın 30 il ərzində işğalçılıq siyasəti və əməlləri, 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni vəziyyət, sülh gündəliyinin reallaşması istiqamətində tərəfimizdən görülən tədbirlər, bərpa-quruculuq tədbirləri barədə qarşı tərəfə məlumat verib. Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəliklərə zidd təxribatları və sülhün təmin edilməsi istiqamətində çətinliklər yaratması, azad olunmuş ərazilərdə insanların həyatına birbaşa təhlükə olan mina təhdidi barədə faktlar diqqətə çatdırılıb.
Fələstin Dövlətinin Baş naziri Mohammed Ştayyeh ölkəsinin Azərbaycan ilə əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu bildirib. O, ölkəmizin Fələstinə göstərdiyi humanitar yardıma və Fələstin məsələsinə ayırdığı diqqət və beynəlxalq təşkilatlar çərçivəsində verdiyi dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. Baş nazir İsrail-Fələstin münaqişəsi çərçivəsində yaşanan çətinliklər barədə ətraflı məlumat verib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə