
Fransa regiona sülh yox, gərginlik daşıyır - ŞƏRH
10:36 21.09.2024
Siyasət
539
Paris İrəvanın düşdüyü durumdan məharətlə istifadə edir
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransanın xarici işlər naziri Stefan Sejurnenin Ermənistana səfərini və Moskvanın İrəvana təzyiq göstərməyə çalışması ilə bağlı açıqlamalarını şərh edib. Zaxarova bildirib ki, Qərb ölkələrinin Cənubi Qafqaz regionu üçün dağıdıcılıqdan başqa heç bir gündəmi yoxdur. XİN rəsmisi qeyd edib ki, diplomatiya baxımından tamamilə istedadsız bir xadim növbəti dəfə öz istedadsızlığını, tarixdən, ənənələrdən xəbərsizliyini nümayiş etdirib: "Fikrimcə, bu, Rusiyaya qarşı istedadsızlıq və axmaqlıq, səfər etdiyi ölkəyə, Ermənistana qarşı isə hörmətsizlik idi". Zaxarova əlavə edib ki, Qərb ölkələrinin siyasəti Cənubi Qafqazda sülhün təmin edilməsinə yönəlməyib: “Onlara lazım olan tək şey bu region ölkələrinin toqquşmasıdır. İnkişafa, problemlərin həllinə kömək etmirlər. Onlar yalnız toqquşdurmağa, qızışdırmağa, alçaltmağa, təhqir etməyə və dağıtmağa hazırdırlar. Bu da bunun növbəti təzahürüdür”. XİN-in rəsmi nümayəndəsi həmçinin Ermənistan rəsmilərinin Sejurnenin anti-Rusiya bəyanatlarına reaksiya verməməsinə təəccübünü ifadə edib.
Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov deyib ki, Fransanın xarici işlər naziri Stefan Sejurnenin indiki məqamda Ermənistana səfəri və İrəvanda olarkən Azərbaycana yönəlik ittihamlarının səbəbi Fransa daxilində baş verənlərdən qaynaqlanır. Ekspert vurğulayıb ki, kənar güclərin regiona gəlişinin və proseslərə müdaxilə imkanlarının yaranmasının digər səbəblərindən biri Ermənistan hökumətinin qeyri-müəyyən siyasətidir:

"İlk növbədə onu qeyd edim ki, Fransa daxilində Emmanuel Makron hökumətinə qarşı ciddi narazılıq mövcuddur. Hətta fransız prezidentə qarşı impiçment məsələsi də gündəmə gəlib. Fransa Milli Assambleyasında bu məsələnin müzakirəsi gözlənilir. Məlum məsələdir ki, Ermənistan lobbisi Fransada çox güclüdür. Erməni lobbisi Fransanın daxili-xarici siyasətinə ciddi təsir göstərmək imkanına sahibdir. Stefan Sejurnenin tələsik Ermənistana səfər etməsi və İrəvan hökumətinin, xüsusən erməni lobbisinə xoş getsin deyə Azərbaycan əleyhinə, o cümlədən Rusiyaya qarşı bəyanat səsləndirməsi hər şeydən öncə Parisin öz maraqlarının təmin olunmasıdır. Hələ də Fransanın müstəmləkəsi altında olan bölgələr, xalqlar var. İstər Qəmər adaları olsun, istər Yeni Kaledoniya və digər ərazilərdə müstəmləkə altında olan xalqlara Azərbaycanın dəstək verməsi Fransanı həddindən artıq qıcıqlandırır. Parisin Bakıya qarşı mövqe sərgiləməsinin önəmli səbəblərindən biri də müstəmləkəçilik siyasətinin ifşa edilməsi ilə bağlıdır".
Analitik vurğulayıb ki, Ermənistanın sülhlə, regional məsələlərlə bağlı ortada qəti mövqeyi yoxdur: "İrəvan hökuməti gah Qərblə, gah da Rusiya ilə əməkdaşlıqdan danışır, iki tərəf qarşısında müəyyən tələbləri gündəmə gətirir. Yəni ikibaşlı yanaşmadan vaz keçmir. Paşinyan hökumətinin hansı siyasəti əsas götürdüyü bizə məlum deyil. Fransa kimi ölkələr də İrəvan hökumətinin qeyri-konstruktiv mövqeyindən məharətlə istifadə edirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm
Günə enerjili başlamaq üçün 9 səhər vərdişi
17:16 13.10.2026
Sağlamlıq
Dövlət Baxçalı Kılıçdaroğlu ilə görüşüb
17:09 13.10.2026
Siyasət
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp İran rəhbərlərinin öldürülməsini səhv addım hesab edib
16:37 13.10.2026
Gündəm