“İran səhvlərini aradan qaldırmağa çalışır” – YUMŞALMA!
Yusif Nəzərli
13:22 09.06.2022
Siyasət
676
İyunun 8-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvləri ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Ziyafət Əsgərov bu gün İranda qatar qəzasında həlak olanlara görə iranlı qonaqlara başsağlığı verib, ölənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyib. Ziyafət Əsgərov Azərbaycan və İran arasında mehriban qonşuluq və yaxın əməkdaşlıq münasibətlərindən söz açaraq, ortaq dini və mədəni dəyərlərin bizi birləşdirdiyini qeyd edib. Görüşdə nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində birgə səylərin əhəmiyyəti vurğulanıb, regionda sülhün və iqtisadi inkişafın möhkəmlənməsinin vacibliyinə toxunulub, Azərbaycan və İran arasında bir çox sahələrdə, o cümlədən parlamentlər arasında əməkdaşlığın genişləndirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi müzakirə olunub.
Politoloq Sədrəddin Soltan səfəri “Sherg.az”a şərh edib. O, bildirib ki, İran tərəfi 44 günlük müharibə dövründə və ondan əvvəlki müddətdə Azərbaycana qarşı çox pisliklər edib:
“Yəni, Azərbaycan torpaqlarının işğal altında qalması üçün əlindən nə gəlibsə, onu edib. Bütün ictimaiyyətə bəllidir ki, işğal dövründə də İran tərəfi Rusiyanın vasitəsi ilə Ermənistana hər cür yardım edib. Hətta Azərbaycana qarşı çirkin təbliğat kampaniyasına da başlayıb. Müharibə bitdikdən sonrakı bir il müddətdə də İran xarici işlər naziri və müxtəlif rəsmiləri ölkəmizə qarşı təbliğat apardılar. Ötən ilin avqustunda Azərbaycan tərəfi İranın bu addımına görə ona qarşı etiraz notası verdi. Azərbaycan Prezidenti İlham Əliyev onların bu bəd əməllərinə görə İranı tənqid etdi”.
Politoloq qeyd edib ki, 2021-ci ilin payızından başlayaraq, İranın Azərbaycana qarşı münasibətində yumşalma var:
“ Prezidentlərarası görüş, İran xarici işlər nazirinin Azərbaycana səfəri, İran-Türkmənistan-Azərbaycan arasında üçtərəfli müqavilə və.s kimi məsələlər rəsmi Tehran-Bakı münasibətlərinə müəyyən yaxınlaşma və yumşalma gətirdi. Eləcə də hesab edirəm ki, parlamentlərarası bu tip görüşlər də həmin xoş niyyətli addımlardan sayılır. Yəni İran tərəfi Azərbaycanla münasibətlərini normallaşdırmaq istəyir, əvvəllər buraxdığı səhvləri aradan qaldırmağa çalışır. Oxşar addımı İran tərəfi Ermənistana da edir. Bu yaxınlarda İran parlamentinin bir qrupu İrəvanda səfərdə idi. Burada qeyri-adi və təəccüblü heç nə yoxdur. Qonşu dövlətlər arasında bu tip hallar baş verə bilər. Təki xoşməramlı olsun. Ümid edək ki, Cənub qonşumuz da xoşməramlı addım atır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm