İsrail anti-İran koalisiyasında Azərbaycanı da görmək istəyir
Yusif Nəzərli
05:22 31.03.2023
Siyasət
574
Lakin rəsmi Bakının siyasəti İrana qarşı cəbhə almaqdan uzaqdır
“İsrail və Azərbaycan İran tərəfdən təhlükəni eyni cür qəbul edir”. Bunu İsrailin xarici işlər naziri Eli Kohen azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşdən sonra deyib. İsrailin XİN başçısı bildirib ki, İran rejimi hər iki ölkənin yerləşdiyi regionları, maliyyə imkanlarını, turizmi təhdid edir və bütün Yaxın Şərqdə sabitliyi pozur: "İranın nüvə potensialını inkişaf etdirməsinin qarşısını almaq üçün birlikdə hərəkət etməliyik. Bunun üçün həm siyasi, iqtisadi alətlərdən istifadə etmək, həm də etibarlı və güclü hərbi qüvvələr formalaşdırmaq lazımdır”.
Siyasi şərhçi Asif Nərimanlı bildirib ki, İsrailin anti-İran koalisiyası yaratmağa çalışdığı sirr deyil.
Hazırda Netanyahunun beynəlxalq koalisiya yaratmaq cəhdləri hələki nəticə vermir: "Avropada müəyyən bəyanatlar verilsə də, prosesin praktiki mərhələyə keçidi olmadı. Hətta ABŞ-də belə İrana hərbi müdaxilə ilə bağlı tərəddüdlər var. İsraildə baş verənlərin arxasında müəyyən mənada bu məqamın da olduğu hiss edilir və məsələyə Trampın Baydenə, həm də Sorosa qarşı mövqeyi ilə Netanyahunun Baydenə qarşı çıxışı kontekstində də baxmaq olar. Bu, başqa mövzudur.
İsrailin anti-İran koalisiyasında Azərbaycanı da görmək istəyi bəllidir. Lakin rəsmi Bakının siyasəti İrana qarşı cəbhə almaqdan uzaqdır. Ceyhun Bayramovun İsraillə yanaşı, Fələstinə də səfər etməsi Azərbaycanın təkcə balanslaşdırılmış yox, həm də müstəqil xarici siyasi xəttinin davamıdır. Hərçənd burada İsrailin nə istədiyi, yaxud Bakının hansı siyasəti yürüdəcəyi yox, İranın sərgilədiyi mövqe həlledicidir.
Tehran rejiminin mövcud siyasəti deməyə əsas verir ki, İrana hərbi müdaxilə baş verərsə, biz bu koalisiyaya qoşulmasaq belə onların hücum edəcəyi ilk ölkə Azərbaycan olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə