
İsveçrə Parlamentinin sorğusu: Azərbaycana qarşı ikili standart
16:45 20.09.2024
Siyasət
581
İsveçrə Federal Məclisinin bir qrup deputatının bu ölkənin hökumətinə 2024-cü il sentyabrın 19-da göndərdikləri, məzmunca Azərbaycana qarşı qərəzli və təxribat xarakterli iddiaları ehtiva edən sorğusu bir sıra Qərb dairələrindəki ikili stadanrtları bir daha təsdiq edir. Sorğunun mahiyyəti əsassız və qərəzli olmaqla yanaşı, Azərbaycan və Ermənistana münasibətdə açıq-aşkar “ikili standart”ların bariz nümunəsidir.
Millət vəkili Vüqar Bayramov "Sherg.az"a açıqlamasında deyib ki, bu qətnamədə də ermənipərəst deputatlar Azərbaycanı məqsədli surətdə qaralamağa və ölkəmizi aqressor kimi göstərməyə çalışıblar:

"Məqsəd Azərbaycanın beynəlxalq müstəvidə nüfuzuna zərbə vurmaqdır. Məhz ikili standartların nəticəsidir ki, onlar heç vaxt Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlərə, o cümlədən öz ərazisindən yüz minlərlə azərbaycanlını qovmasına, Qarabağ və Şərqi Zəngəzurdan mən də daxil olmaqla 800 minə yaxın azərbaycanlını öz doğma torpaqlarından didərgin salmasına və onların geri qayıtmaq hüququnu pozmasına dair narahatlıqlarını ifadə etməyiblər. Bu da təbii ki, onların saxta və qərəzli mövqelərinin təzahürüdür.
Sorğuda beynəlxalq hüquqa zidd fikirlərin əks olunması onu göstərir ki, bu qətnamə bütünlüklə subyektiv və qərəzli xarakter daşıyır. İrəli sürülən iddialar və ittihamlar da həmişəki kimi uydurma arqumentlərə, yanlış məlumatlara əsaslanır. İsveçrəli deputatların son sorğusu hüquqi sənədə yox, populist siyasətçilərin təbliğat məruzəsinə oxşayır.
Sorğuda COP29 kimi yüksək səviyyəli beynəxalq tədbirin təşkilinə kölgə salmaq cəhdi bir daha sənədin məqsədli və ikili standartlara söykəndiyini göstərir. Bütün beynəlxalq öhdəliklərə və eləcə də demokratik prinsiplərə sadiq olan Azərbaycan ətraf mühitin qorunması və iqlim dəyişiklikləri istiqamətində regional töhvəsini hər zaman nümayiş etdirib
İsveçrə Parlamentinin qərəzli sorğuları və bəyanatları bu qurumun öz nüfuzuna xələl gətirir. Saxta dəyərlər ilə regionda sülhə töhfə vermək olmaz. Amma görünən odur ki, İsveçrə Parlamentinin məqsədi sülhə dəstək deyil, regionda gərginlik yaratmaq və Azərbaycana qarşı saxta və qərəzli siyasəti davam etdirməkdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm
Günə enerjili başlamaq üçün 9 səhər vərdişi
17:16 13.10.2026
Sağlamlıq
Dövlət Baxçalı Kılıçdaroğlu ilə görüşüb
17:09 13.10.2026
Siyasət
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp İran rəhbərlərinin öldürülməsini səhv addım hesab edib
16:37 13.10.2026
Gündəm