Naxçıvan Ali Məhkəməsi seçkilərin nəticələrini təsdiqləyib - YENİLƏNİB
13:34 20.09.2024
Siyasət
499
Sentyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin konstitusiya icraatı qaydasında iclası keçirilib.
APA-nın yerli bürosu xəbər verir ki, iclasda 2024-cü il sentyabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilmiş seçkilərin nəticələrinə dair MR Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə konstitusiya icraatı qaydasında məhkəmə işinə baxılıb.
İclasda məruzəçi hakim Əli Allahverdiyev Ali Məclisə seçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verib.
Bildirib ki, seçki sənədlərinin araşdırılması zamanı istər məntəqə seçki komissiyalarının, istərsə də dairə seçki komissiyalarının protokollarının tərtib edilməsi zamanı “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun və “Seçki sənədlərinin tərtib edilməsi qaydaları haqqında” Mərkəzi Seçki Komissiyasının təlimatının tələblərinin kobud surətdə pozulması hallarına yol verilməyib. Yoxlama aparılarkən seçkilər başa çatdıqdan sonra bu günədək namizədlər, o cümlədən siyasi partiyalar tərəfindən seçkinin nəticələrinin mübahisələndirilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 98-101-ci maddələrində müəyyən edilmiş qaydada Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə şikayət daxil olmayıb və heç bir işə baxılmayıb.
Sonra Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əkrəm Hüseynzadə Ali Məclis seçkilərinə hazırlıq dövründən başlayaraq görülən işlər barədə danışıb.
Çıxışlardan sonra məhkəmə tərkibi müvafiq qərar qəbul etmək üçün müşavirəyə gedib.
İclasın sonunda Naxçıvan Muxtar Respublikası Ali Məhkməsinin sədri Səadət Bəktaşi Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 1 sentyabr 2024-cü il tarixdə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair yekun qərarı elan edib.
Qərara əsasən, 2024-cü il sentyabrın-1-də keçirilmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 10 sentyabr tarixli protokolu və ona əlavə edilmiş sənədlər “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 87.2, 87.11, 90.2, 90.3 və 91.2-ci maddələrinin tələblərinə uyğun hesab edilib, seçki dairələri üzrə seçkilərin nəticələri bütövlükdə təsdiq olunub.
***
Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin MR Ali Məclisinə keçirilmiş seçkilərlə bağlı iclası keçirilicək.
APA-nın yerli bürosu xəbər verir ki, sentyabrın 1-də MR Ali Məclisinə keçirilmiş seçkilərin nəticələrinə dair Naxçıvan Ali Məhkəməsinin konstitusiya icraatı qaydasında iclası bu gün saat 16:00-da olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm
Günə enerjili başlamaq üçün 9 səhər vərdişi
17:16 13.10.2026
Sağlamlıq
Dövlət Baxçalı Kılıçdaroğlu ilə görüşüb
17:09 13.10.2026
Siyasət
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp İran rəhbərlərinin öldürülməsini səhv addım hesab edib
16:37 13.10.2026
Gündəm