Orduya 107 milyard dollar ayrıldı
Orduya 107 milyard dollar ayrıldı
Yusif Nəzərli
06:44 02.06.2022
Siyasət
559
Şolts Hitlerdən sonra ilkə imza atacaq
Kansler öz addımı ilə İkinci Dünya müharibəsi sonrası Almaniya ordusunun azaldılan say tərkibini yenidən artırmağı hədəfləyir
Geosiyasi proseslər gündən-günə daha da aqressiv bir motivə bürünür. Beynəlxalq konyunkturanın sürətli silahlanma dövrünə qədəm qoyması və böyük güclər arasında balansın sürətlə dəyişməsi də bunu təsdiqləyir. Almaniya hökuməti və parlamentin başlıca siyasi partiyaları ordunun təkmilləşdirilməsi məqsədilə 107 milyard dollarlıq maliyyə paketinin ayrılması barədə razılıq əldə ediblər. Vəsaitin 43 milyard dolları hərbi hava qüvvələrinə, 23 milyard dolları hərbi donanmaya, 20 milyard dolları isə quru qoşunlarına ayrılması nəzərdə tutulub. Almaniya kansleri Olaf Şolts deyib ki, maliyyə paketinin qəbulunda əsas məqsəd Almaniya Ordusunu NATO-nun Avropadakı ən böyük ordusuna çevirməkdir.
Aydın məsələdir ki, Şoltsun tək məqsədi bu deyil. Məsələ ondadır ki, hazırda Fransa Ordusu NATO-nun Avropadakı ən böyük ordusu hesab olunur. Almaniya Fransadan geri qalmaq istəmir. Ümumiyyətlə, Almaniya Avropanın iqtisadi yükünü daşımaq istəmir. Britaniyanın Avropa İttifaqını tərk etməsindən sonra Almaniyanın da bənzər qərar verməsi gözlənilirdi. Rəsmi Berlin hələlik bu istiqamətdə qərar verməsə də, gec-tez bu baş verə bilər.
Siyasi şərhçi Turan Rzayev “Şərq”ə bildirib ki, indiki məqamda 107 milyard dollarlıq maliyyə paketinin ayrılması kifayət deyil. Hökumətin maliyyə paketini qəbul etmək üçün Almaniya konstitusiyasında dəyişikliyə ehtiyac var. Bu dəyişiklik üçdə iki səs çoxluğu ilə qəbul edilməlidir:
“Şolts buna nail ola bilsə, o, alman fürreri Adolf Hitlerdən sonra bir ilkə imza atacaq. Məsələ ondadır ki, Birinci Dünya müharibəsində məğlub olan alman imperiyası “Versal” sülhü ilə ağır şərtlər imzalamağa məcbur oldu. "Versal müqaviləsi" Almaniyanın hərbi münaqişəni yenidən başlamasına maneçilik törətmək üçün onun silahsızlanmasına yönələn tələbləri də özündə ehtiva edirdi. Almaniya ordusu əhəmiyyətli dərəcədə 100 min nəfərə qədər azaldıldı. Hitler hakimiyyətə gəldikdən sonra 1933-cü il dekabrın 18-də "Versal müqaviləsi"nin bütün hərbi müddəalarını ləğv edərək alman ordusunun sayını artırmağa başladı. Kansler Olaf Şolts isə öz addımı ilə İkinci Dünya müharibəsi sonrası Almaniya ordusunun azaldılan say tərkibini yenidən artırmağı hədəfləyir. Rəsmi Berlin yeni hərbi büdcə ilə ABŞ-dan 35 ədəd F-35 qırıcısı sifariş etmək istəyir. Quru qoşunlarına da təxminən 20 milyard dollar ayrılması nəzərdə tutulur. Ayrılan vəsaitlə quru qoşunlarının hərbi-texniki təchizatı və zirehli texnikalar yenilənəcək. Alman hərbi donanmasına ayrılacaq 23 milyard dolların böyük hissəsi isə yeni döyüş gəmiləri və sualtı qayıqların alınmasına sərf olunacaq. Rəsmi Berlin istər birinci dünya müharibəsi, istərsə də ikinci dünya müharibəsi öncəsi donanma xərclərini artırıb. Görünür, kansler Şolts da sələflərindən geri qalmır. Nəticə etibarilə konstitusiya dəyişikliyi ilə bağlı layihənin yayda parlamentdən keçməsi gözlənilir. Almaniya buna nail ola bilsə, həm Avropa liderliyi, həm də dünya supergüc olmaq yolunda mühüm irəliləyiş əldə edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya