
Paşinyan Zəngəzur dəhlizinə qarşıdır
12:40 21.09.2024
Siyasət
500
Onun irəli sürdüyü şərtlər dəhlizin açılması üçün heç bir imkan yeri qoymur
Rusiya baş nazirinin müavini Aleksey Overçuk Ermənistana səfər etdi və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Rəsmi məlumata görə, həmin görüşdə Ermənistan-Rusiya ikitərəfli münasibətləri və Avrasiya İqtisadi Birliyinin (AİB) gündəliyi ilə bağlı məsələlər müzakirə olunub. İranın mütəmadi olaraq Zəngəzur dəhlizi ilə bağlı narahatlığını bildirməsi, hətta Rusiya səfirini İran Xarici İşlər Nazirliyinə (XİN) dəvət etməsi və Tehranın Rusiya XİN-in rəsmilərinin açıqlamalarından narahatlığını çatdırması xüsusi diqqət çəkib. İran mətbuatının yazdığına görə, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İranı sakitləşdirib. O, BRICS tədbiri münasibətilə Rusiyaya səfər edən İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ilə görüşüb və əmin edib ki, Rusiya bu məsələdə İranla razılaşmalara sadiqdir. Əlbəttə, İran və Rusiyanın Şoyqunun sadiqliyə əmin etdiyi xüsusilə hansı razılaşmalara sahib olduğu ilə bağlı detallar məlum deyil. Onu da qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə Zəngəzur dəhlizinə nəzarətlə bağlı ideyanı, o cümlədən Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin nəzarət etməsi müddəasını inkar edib. Halbuki dəhlizə nəzarət Ermənistanın suverenliyini qoruması ilə ziddiyyət təşkil etmir. Ermənistanın beynəlxalq hüquqla təyin olunmuş suverenliyi beynəlxalq birlik tərəfindən tanınıb və o, bu ölkənin bütün ərazisini əhatə edir. Dəhlizə Ermənistanın suverenliyi çərçivəsində üçüncü tərəfin nəzarət etməsi də heç bir hüquqi ziddiyyət doğurmur, əksinə, siyasi müstəvidə qarşılıqlı inamı gücləndirir. Deməli, Ermənistan suverenlik ideyasından Naxçıvana yolu açmamaq üçün bəhanə kimi istifadə edir.
Politoloq Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, Ermənistan hökumətinin başçısının Zəngəzur dəhlizi ilə bağlı mövqeyi yolun açılmasına yox, uzun müddət açılmamasına hesablanıb. Analitikin sözlərinə görə, Paşinyanın irəli sürdüyü şərtlər sözügedən dəhlizin açılması üçün heç bir imkan yeri qoymur:

"Paşinyanın şərti sözsüz ki, 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndinin mahiyyətinə ziddir. Məsələ burasındadır ki, həmin bənddə Ermənistanın hansı öhdəliklərinin olduğu, nəqliyyat-kommunikasiya xətlərinin necə açılaçağı və nəqliyyat əlaqəsi üzrə nəzarətin necə təşkil olunacağı açıq-aydın formada yazılıb. Bu gün bizimlə şərtlər diliylə danışmağa çalışan erməni baş nazirə xatırladırıq ki, 4 il öncə Ermənistan tərəfindən üçtərəfli bəyanatı özgəsi yox, məhz Nikol Paşinyanın şəxsən özü imzalayıb. O, bu gün ənənəvi erməni xislətini, verilən vədlərin dalından qaçmaq vərdişini bir kənara qoyub öz imzasına sahib çıxmalıdır".
Ekspertə görə, rəsmi İrəvan sözdə yox, gerçəkdən də kommunikasiyaların açılmasında maraqlıdırsa, heç bir qeyd-şərt irəli sürmədən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir: "Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması da Ermənistanın yazılı surətdə təsbit olunmuş və imzalanmış öhdəliklərindən biridir. Ona görə də Paşinyan “Sülh kəsişməsi” adlı ucuz piar layihəsini ortaya ataraq kommunikasiyaların açılmasını süni surətdə ləngitməkdən əl çəkməlidir. Ermənistan tərəfi son 4 ildə bölgədə kommunikasiyaların açılması ilə bağlı öhdəliklərini yerinə yetirməkdən hər vasitə ilə yayınıb. Paşinyan isə bütün enerjisini Zəngəzur dəhlizinin açılmasına maneə törətməyə sərf edib. Ancaq Zəngəzur dəhlizinin açılmasını daha bir neçə il ləngitmək Ermənistan liderinə nəsib olmayacaq. Zəngəzur dəhlizi Paşinyanın şərtlərindən asılı olmayaraq yaxın zamanda açılacaq. Çünki regionun aparıcı ölkələri Zəngəzur dəhlizinin tezliklə açılmasında maraqlıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm
Günə enerjili başlamaq üçün 9 səhər vərdişi
17:16 13.10.2026
Sağlamlıq
Dövlət Baxçalı Kılıçdaroğlu ilə görüşüb
17:09 13.10.2026
Siyasət
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp İran rəhbərlərinin öldürülməsini səhv addım hesab edib
16:37 13.10.2026
Gündəm