
Pezeşkianın səfəri Tehran-Bakı yaxınlaşmasında müsbət rol oynayır -ŞƏRH
13:27 28.04.2025
Siyasət
505
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
İran İslam Respublikasının Prezidentini hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.
Azərbaycan ilə İran İslam arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Məsud Pezeşkianın iştirakı ilə mübadiləsi mərasimi olub.
Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian prezidentlərin Birgə Bəyanatını imzalayıblar.
Eyni zamanda İran mediasında iki ölkə liderinin görüş çərçivəsində Prezident İlham Əliyevin Zuğulbada yerləşən iqamətgahında səmimi söhbətinə dair görüntülər yayılıb.
Siyasi şərhçi Kazım Kazımov Sherg.az-a bildirib ki, Məsud Pezeşkianın Azərbaycana səfəri müsbət tonlarla başlayıb:

"İran Prezidentinin AZTV-yə müsahibə, o cümlədən bu gün onun Prezident İlham Əliyev tərəfindən isti qarşılanmağı səfərin Azərbaycan-İran münasibətlərinə müsbət təsir göstərdiyini sübut edir. İki ölkə arasında son illərdə müəyyən gərginliklər yaşanıb. Lakin İranın əvvəlki Prezidenti İbrahim Rəisinin vəfat etməsinin son dönəmlərində əlaqələr yaxşılaşmışdı. Məsud Pezeşkianın hakimiyyətə gəlməsindən sonra isə Tehrandan Bakıya daha çox müsbət mesajlar gəlməyə başladı. Həm İran, həm də Azərbaycan regionun iki güclü ölkəsidir. Doğrudur, Tehranla aramızda müəyyən anlaşılmazlıqlar var. Məsələn, Zəngəzur dəhlizinin açılmasına İrandakı bir çox qüvvələr narazıdır. Eyni zamanda bu ölkədə Azərbaycana qarşı haqsız yerə səsini ucaldanlar, kin və nifrət kompaniyası yaratmağa çalışanlar da mövcuddur. Regionda Bakı ilə tərəfdaşlığa maraqlı olmayan, Ermənistanı dəstəkləyənlər də az deyil. Bu mənada Məsud Pezeşkianın Azərbaycana səfərində həmin mövzular gündəmə alınacaq. Tehran və Bakı arasında iqtisadi-ticari əlaqələrin inkişafı, Zəngəzur dəhlizinin açılması prosesində İranın mövqeyinin dəyişməsi ilə bağlı müəyyən danışıqlar olacaq".
Şərhçi qeyd edib ki, əslində deyə bilmərik ki, iki ölkə arasında bütün məsələlər geridə qalacaq:
"Ümumiyyətlə bu səfər Tehran-Bakı yaxınlaşmasında müsbət rol oynayır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə