
Politoloq: Paşinyanın paytaxtımıza səfər etməsi ehtimalı azdır
Yusif Nəzərli
23:14 19.09.2024
Siyasət
413
İrəvan hələ düşünür, Bakıya kim getsin?
Ermənistanın Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edib-etməyəcəyi barədə hələ qərar verilməyib. Bu barədə Baş nazir Nikol Paşinyan özü bildirib. Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə isə deyib ki, noyabr ayında on minlərlə iştirakçı COP29-la bağlı Bakıya səfər edəcək:
“Bu məqsədlə Ermənistan daxil olmaqla, bütün ölkələrə dəvət göndərilib. Ancaq Ermənistan tərəfinin COP29 tədbirində iştirak edib-etməyəcəyi barədə Azərbaycan tərəfində hər hansı bir məlumat mövcud deyil. Ermənistanın Baş naziri Nikol Paşinyan da bu barədə açıqlamasında qəti fikir bildirməyib”. Buradan aydın olur ki, Bakı COP29 tədbirinə Ermənsitan Baş naziri Nikol Paşinyanı rəsmi şəkildə dəvət edir.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, prinsip etibarilə Paşinyanın Bakının dəvətini qəbul etməməsi üçün səbəb yoxdur. Analitikin fikrincə, hər şeydən öncə nəzərə almaq lazımdır ki, ötən ilin dekabr ayında əldə olunmuş razılığa əsasən, Ermənistan tərəfi Azərbaycanın COP29-a ev sahibliyinə namizədliyini dəstəkləyib:

"Bunun əvəzində Azərbaycan tərəfi də Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyinə razı olub. Bu, iki ölkənin son illərdə bir-birinə qarşı atdığı ən pozitiv addımlardandır. Ən önəmlisi isə qarşılıqlı etimad yaratmaq baxımından müsbətdir. Paşinyan indiki məqamda bu təklifi qəbul edib, Bakıya səfər etməlidir. Bu həm də, münaqişənin bitməsi, iki ölkə arasında çərçivə sazişinin Bakıda imzalanmasını aktuallaşdıra bilər. Paşinyanın paytaxtımıza səfər etməsi vacib olsa da, baş tutması ehtimalı azdır. Paşinyan bu barədə açıqlamasında qəti fikir bildirməyib. Bununla belə, COP29-da Ermənistanı Prezidenti Vaaqn Xaçaturyan, baş nazirin müavini Mqer Qriqoryan, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ya Ermənistan parlamentinin sədri Alen Simonyan təmsil edə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm
Günə enerjili başlamaq üçün 9 səhər vərdişi
17:16 13.10.2026
Sağlamlıq
Dövlət Baxçalı Kılıçdaroğlu ilə görüşüb
17:09 13.10.2026
Siyasət
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil