Qardaşı Fazil Mustafaya edilən silahlı hücum barədə: “Bu, sifarişli hadisədir”
Yusif Nəzərli
07:54 29.03.2023
Siyasət
355
“Kamera görüntülərinə baxmışam, qardaşım atəş açılan zaman çevik davranaraq həyətə daxil olub və qapını bağlayıb. Hadisə baş verəndə ailəsi evdə olub, qardaşım özündən çox ailəsinə görə də narahat olub”.
Bu sözləri ötən gecə yaşadığı evin qarşısında sui-qəsd cəhdinə məruz qalan deputat Fazil Mustafanın qardaşı İlqar Mustafayev Oxu.Az-a açıqlamasında deyib.
O bildirib ki, F.Mustafa evə qayıdarkən tək olub və bu, planlaşdırılmış hücum olub:
“Tək olub, maşından düşən zaman onu izləyiblər. Qaranlıq olub. Həyətdə dəmir dirək var, onlar orada pusqu qurub, məqsədyönlü şəkildə qardaşımı gözləyiblər. Bu, sifarişli hadisədir.
Kamera görüntülərinə silahlı şəxslər düşməyiblər, yalnız Fazilin çevik davranaraq həyətə girib qapını bağlaması anı var. Cəld qardaşım oğlu Toğrula zəng edib. Silahdan bir neçə atəş açılıb, xoşbəxtlikdən yan keçib. Həyətə tərəf qaçarkən iki güllə çiyin və ayaq nahiyəsinə dəyib. Şükür hazırda qardaşımın vəziyyəti yaxşıdır. Bu hadisəni törədənlər hüquq-mühafizə orqanları tərəfindən axtarılırlar. İstintaq getdiyi üçün biz qeyri-dəqiq məlumatlar vermək istəmirik”.
Fazil Mustafanın evinin və ailə yaxınlarının təhlükəsizliyinin təmin edilib-edilməməsi ilə bağlı suala isə İlqar Mustafayev belə cavab verib:
“Bəli, təhlükəsizlik məqsədilə ölkənin güc strukturları tərəfindən bütün zəruri tədbirlər görülüb. Təhlükəsizliyimizin tam təminatı üçün hüquq-mühafizə orqanları, dövlət tərəfindən bütün qabaqlayıcı tədbirlər atılıb”.
Qeyd edək ki, hadisə martın 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında qeydə alınıb. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib. Eyni zamanda o bu gün çiynindəki yara ilə bağlı ikinci dəfə cərrahi əməliyyata alınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat