
Rusiya ordusu Ermənistandan çıxarılır? - AKTUAL
Yusif Nəzərli
12:16 17.05.2023
Siyasət
584
Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Tsarqrad” telekanalına müsahibəsində deyib ki, ABŞ Ermənistana Rusiya bazasından və sərhədçilərindən imtina etməyi tövsiyə edir, bunun müqabilində təhlükəsizliyi təmin edəcəyinə vəd verir:
“Bizdə olan məlumata görə, ABŞ və müttəfiqləri ermənilərə deyirlər ki, rusları öz ərazinizdən qovun, sərhədçiləri də, hərbi bazanı da çıxarın, amerikalılar təhlükəsizliyi təmin etməkdə sizə kömək edəcək. Bu, açıq-aşkar təxribatdır. Bu, diplomatiya deyil. Bu, rüşvətlə ələ almadır”.
Həmçinin Lavrov ABŞ-ın tez-tez müttəfiqlərini tərk etdiyini diqqətə çatdırıb.
"Biz Qərbin keçmişdə dəstək olduğu şəxslərlə sonralar necə davrandığını görürük. Onlar "Ərəb baharı"nın əvvəlində ləyaqətlə istefa vermiş, qaçmamış Misir Prezidenti Hüsnü Mübarəki yarı yolda tərk etdilər... ABŞ 20 illik işğalı zamanı güvəndikləri Əfqanıstan hökumətini də tərk etdi”, - Lavrov xatırladıb.
Qeyd edək ki, Ermənistan ərazisində Rusiyanın 102-ci hərbi bazası yerləşdirilib. Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının hava komponenti İrəvanda yerləşən Erebuni aviabazasıdır.
Bundan başqa, Rusiya FTX Ermənistan ərazisində də xidmət həyata keçirir.

ABŞ-ın sifarişi ilə Paşinyan hakimiyyətinn bu istiqamətdə fəaliyyət göstəridiyini deyən siyasi şərhçi Elçin Xalidbəyli
"Sherg.az"a vurğulayıb ki, Ermənistan yaxın vaxtlarda rus qoşunlarını çıxara bilməyəcək:
"Bu fəaliyyət daha çox təbliğat səviyyəsində müşahidə olunur. Amma yaxın zamanda Rusiya ordusunun Ermənistandan çıxarılması üçün, İrəvanın əlində elə də ciddi mexanizm yoxdur. Hətta Paşinyan hakimiyyətinin daxilində belə, Kremlə münasibətdə iki istiqamətli yanaşma özünü büruzə verir.
Bir tərəfdə Rusiyanın Ermənistan üçün problemli dövlət olduğunu və onun təhlükəsizlik mexanizmi kimi effektiv olmadığını deyirlər. Yəni bəhanələr gətirirlər. Digər tərəfdən isə Nikol Paşinyan bəyan edir ki, "Moskvanın Ukrayna savaşında qalıb gəlməsi rəsmi İrəvan üçün çox vacibdir. Əgər Rusiya məğlub olsa, Ermənistanın başına gələcəkləri təsəvvür belə etmirəm".
Analitikin sözlərinə görə, erməni hakimiyyət dairələri heç özləri nə etdiklərini bilmirlər:
"Sadəcə onlar Qərbdən incik düşəndə Kremlə, Rusiyadan incik düşəndə isə ABŞ-a yönəlirlər. Yəni erməni diplomatiyası adlı bir faktorun olmadığı təsdiqlənmiş bir reallıqdır. Ümumiyyətlə Ermənistanı dövlətlərarası münasibətlərdən və dünyada baş verən proseslərdən baş çıxarmayan şəxslər idarə edir.
Ona görə də, qəti şəkildə rus bazaları Ermənistandan çıxarılacaq demək olmaz. Bazaları oradan çıxarmaq üçün Kremlin heç bir təsirinin olmaması lazımdır. Nə qədər ki, Moskva ayaqdadır İrəvanın buna cəsarəti çatmaz. Həmçinin Ermənistandakı hakimiyyətin devrilməsi üçün Rusiyanın əlində kifayət qədər mexanizmlər mövcuddur.
Hazırda isə Rusiya Ermənistandan öz qoşunlarını çıxarmağın əksinə, KTMT adı altında əlavə qüvvə yerləşdirməyə hazırlaşır. Yəni bütün bunlar erməni hakimiyyətin qeyri-normal siyasət kursunun nəticəsidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region
Zelenski ABŞ-yə dəvət olunduğunu açıqladı
16:50 23.07.2026
Dünya
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:49 23.07.2026
Gündəm
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:35 23.07.2026
Dünya
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - ŞƏRH
16:30 23.07.2026
Gündəm
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
15:51 23.07.2026
Dünya
Saakaşvili: Yeni plan qurulub, Gürcüstanda fəlakət qopacaq
15:24 23.07.2026
Gündəm
Azərbaycan və Çin Xəzərdə külək enerjisi layihəsini müzakirə edib
15:08 23.07.2026
Aktual
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub
14:57 23.07.2026
Mədəniyyət
Səhhəti pisləşən Ermənistan Prezidentinin son durumu açıqlandı
14:42 23.07.2026
Region