“Ruslar və Aİ-nin missiyası sülh üçün gəlməyib” - ŞƏRH
Yusif Nəzərli
12:43 04.04.2023
Siyasət
528
Avropa İttifaqının Ermənistandakı missiyasından Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xələl gətirmək üçün bəhanə kimi sui-istifadə edilməsi yolverilməzdir.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 3-də Bakıda Avropa Xarici Fəaliyyət Xidmətinin Şərq Tərəfdaşlığı məsələləri üzrə xüsusi nümayəndəsi Dirk Şubellə görüşdə deyib.
Post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın bərpa-quruculuq fəaliyyəti, bölgədə kommunikasiyaların açılması istiqamətində görülən işlər, o cümlədən Ermənistanla münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində göstərilən səylər barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir, Ermənistanın öhdəliklərindən boyun qaçıraraq davamlı hərbi-siyasi təxribatlar törətməsinin, mina təhdidini davam etdirməsinin sülh quruculuğu prosesinə xələl gətirdiyini diqqətə çatdırıb.
C.Bayramov son dövrlərdə Ermənistan tərəfindən törədilən təxribatların intensivləşməsinin Aİ-nin Ermənistanda missiyasının mövcudluğu dövrünə təsadüf etməsinin narahatlıq doğurduğunu bildirib.
Məsələyə münasibət bildirən siyasi şərhçi Kənan Novruzov "Sherg.az"a söyləyib ki, nə rus sülhməramlı kontingenti, nə də Aİ-nin missiyası regiona sabitlik yaratmaq üçün gəlib:
"Onların əsas məqsədi regionda öz təsir gücünü artırmaqdır. Ümumiyyətlə Qərb və Rusiya sülhə maraqlı olsaydılar, buna 30 il ərzində nail olardılar. Bu mənada biz həmin qurumların sülhməramlı missiyası altında niyə regiona gəldiklərini aydınlaşdırmalıyıq. Ermənistan tərəfi isə bunlardan istifadə edərək öz təxribatlarını davam etdirir. İndiki vaxtda demək olar ki, hər gün rus sülhməramlılarının nəzarət etdiyi ərazilərdə erməni terrorçuları atəşkəsi pozur və təxribat törədir. Bunun səbəbi isə onların kontingentə güvənmələridir".
Analitik qeyd edib ki, Ceyhun Bayramovun da qeyd etdiyi kimi Avropa İttifaqının mülkü missiyası bölgəyə gəldikdən sonra, Ermənistan tərəfinin təxribatları daha da intensivləşib:
"Çünki ermənilər arxayındırlar və hesab edirlər ki, Azərbaycan adekvat cavab verərsə, missiyanın müdaxiləsi olacaq. Digər tərəfdən bu tipli missiyalara əsasən gərginlik olduğu zaman ehtiyac olur. Deməli, Aİ də Rusiya qədər gərginliyə maraqlıdır. Heç kəs Aİ və Rusiyanın Ermənistanı təxribata təhrik etmədiyini iddia edə bilməz. Məsələnin mahiyyəti bundan ibarətdir.
Ümumiyyətlə nə Aİ-nin missiyasının, nə də rus sülhməramlılarının bizim məqsədlərimizə nail olmağınıza və qalib tərəf kimi sülh müqaviləsinin bizim şərtlərimiz əsasında imzalanmasına mane ola bilməyəcəklərini düşünürəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə