Türkiyə NATO-nun Qara dənizdəki təlimlərini ləğv edib
Yusif Nəzərli
16:40 31.05.2022
Siyasət
422
Türkiyə Rusiya ilə Ukrayna arasında yaranan gərginlik fonunda Montrö Konvensiyasının tələblərinə uyğun olaraq Qara dənizdə planlaşdırılan bəzi NATO təlimlərini ləğv edib və ya təxirə salıb.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu” agentliyinə müsahibəsində deyib.
“Sanksiyalara qoşulsaydıq, indiki vasitəçilik rolunu oynaya bilməzdik. Biz Montrö Konvensiyasını hərbi gəmilərə tətbiq etdik. Lakin hava məkanını, bu dəhlizi açıq saxlamalıyıq. Konvensiyaya uyğun olaraq planlaşdırılan NATO təlimlərini ləğv etdik və ya təxirə saldıq. Biz ölkə olaraq mühüm rol oynayırıq, öhdəliklərimizi yerinə yetiririk”, - deyə nazir bildirib.
Çavuşoğlu xatırladıb ki, Ankara əvvəldən Rusiya qarşı yalnız BMT-nin sanksiyalarına qoşulacağını bəyan edib.
“İndi hər dövlət istənilən şəxsə qarşı sanksiyalar tətbiq edə bilər. Bu, onların işidir. Biz vasitəçi rolunu seçmişik, vəziyyəti yüngülləşdirməyə çalışırıq. Bizim bu mövqeyimiz Aİ-də, dünyada müsbət qarşılanır” , -deyə XİN rəhbəri əlavə edib.
Eyni zamanda, o, qeyd edib ki, Türkiyənin Rusiyaya qarşı sanksiyalara qoşulmaması onlardan Ankara vasitəsilə yan keçməyin mümkün olacağı anlamına gəlmir.
Mənbə: “Anadolu”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə