İqtisadçı: Əmək haqqlarının və sosial ödənişlərin artımı...

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunu təsdiqləyib.

Sherg.az-ın xəbərinə görə, yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində gəlirlər 36353,0 milyon manat, xərclər 39707,3 milyon manat təsdiqlənib.

İqtisadçı ekspert Xalid Kərimli "Sherg.az"a bildirib ki, bu vəsait hesabına iş görənlərin vəziyyəti yaxşı olacaq:

“Əhalinin artırılmış büdcə xərclərində əmək haqqlarının və sosial ödənişlərin artımı nəzərdə tutulmayıb. Birinci artım məbləğləri Qarabağ və Şərqi Zəngəzurun bərpa xərclərinə, ikinci isə müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində yönələcək. İmkanlar həyat səviyyəsinə təsir göstərir. Təxminən 2,9 milyard manat büdcə artırılıb. Onun 2 milyard 115 milyonu Qarabağ və Zəngəzurda yenidənqurma xərcləridir. 705 milyon  isə Müdafiə və təhlükəsizlik xərcləridir”.