Xatun karantində  heç paltar almayıb, yığdığı pulların hamısını marketdə xərcləyib

"Kompleksə düşdüm, plastik əməliyyatlar etdirdim. Həyatda problemlərim yox idi, efirdə isə böyük görünürəm. Özümə baxdıqca, getdim əməliyyatlar etdirdim. İndi də buxaq kəsdirdim. Amma gözə gəldim, yara oldu".

 Bu sözləri müğənni Xatun Əliyeva "10 qat şou" proqramında deyib. O, etdirdiyi plastik əməliyyatlardan danışıb.

Xatun karantin günlərində qazandığı bütün pulları xərclədiyini söyləyib:

"Geyimə pul xərcləməyi sevmirəm. Karantində isə heç paltar almadım. Yığdığım pulların hamısını marketdə xərclədim. Yığdığımı yığmışam, hələ vəziyyətim yaxşıdır".