Hər bölümdən 206 min manat qazanacaq 


Aktyor Can Yaman İtaliyada çəkiləcək “Sandokan” serialı ilə yenidən ekranlara qayıdır.

Axşam.az türk mətbuatına istinadən bildirir ki, Can ekran işində quldur Sandokan obrazına həyat verəcək.

Aktyor hazırda aksiyon səhnələrinə çəkilə bilmək üçün məşqlər edir.

Yaman hər bölüm üçün 100 min avro (206 min 90 manat) qonarar alacaq. Ekran əsəri 10 hissədən ibarətdir.