Elza şeirlərindən danışdı:“Oğlanlar Elza aşiqi olublar”

Müğənni-bəstəkar Elza Seyidcahan “Atv maqazin onlarla” proqramının “33 sual” rubrikasında qonaq olarkən şeirlərinə çəkilən videolardan söz açıb.
“Sherg.az” xəbər verir ki, o, məlum görüntülərə münaisbət bildirib:
“O nə axındır elə?! Bunlar nə etmək istəyirlər?  Bəzi şairlərə yazığıım gəlir.  Paxıllıqdan ölürlər. Fikir edirlər, ağlayırlar.  Deyirlər, niyə bizim şeirlərimizə video çəkmirlər. Oğlanlar saç düzümüm ilə şeirlərimi oxuyurlar. Tolik də paylaşır. Bu, sevgidən irəli gəlir. Hamısı Elza aşiqi olub. Şəxsən birini sevməsəm, onu təqlid etmərəm. Sevmədiyim adama tərəf baxmıram”.