Nadir Bayramlı:"Ata qayğısı, ana nəvazişi görməmişəm"

Müğənni Nadir Bayramlı “Heç vaxt heç yerdə” proqramında həyat hekayəsindən söz açıb.
“Sherg.az” xəbər verir ki, o, həmin verilişdə bunları söyləyib:
“Özümü dərk etdiyim gündən çətinlik yaşamışam. On iki yaşımdan çöllərdəyəm. Ata qayğısı, ana nəvazişi görməmişəm. Ailəmiz böyük idi. Mənim də üzərimə  yük düşdü.  İşləməyə məcbur qaldım. 
Atam musiqiçi idi, mən nağara çalırdım. Onunla birgə toylara gedirdim.  O vaxt məclislər uzun müddətli olurdu. Nağara çalırdım, sonra görürdüm, əlimdən qan axır. Ağrılara dözmüşəm və bu yerə çatmışam.
Bəzən fikirləşirəm ki, çətin günlər geridə qaldı.  Sonra yenə düşünürəm, deyirəm, hələ çətin günlər qarşıdadır. Dincəlməyə vaxt yoxdur. Hər gün çalışmalısan.
Övlad qayğılları da var. Arada qohumlar, yaxud da tanımadığım insanlar  kömək üçün müraciət edirlər. “Yox” deyə bilmirsən. Ümumiyyətlə, bir iş çətinliklə başa gələndə bizim üçün daha faydalı, əziz olur.  Pis günləri xatırlamalıyıq ki, yolumuzu azmayaq”.