Cavanşir Məmmədov: "İlhamə Quliyeva ilə indi də dostluq edirəm"

"Rəhmətlik İlhamə Quliyeva, mənim canım gözüm, dostum idi. Onunla indi də dostluq edirəm".  

"Sherg.az"  xəbər verir ki, bu sözləri "Sözbaz" verilişində müğənni Cavanşir Məmmədov söyləyib. O, fikirlərinə bunları da əlavə edib:

"Soruşsalar ki, indi necə dostluq edirsiniz ? Onun məzarını ziyarət edirəm. Dua oxutdururam. Məzarı başında söhbət edirəm, dərdləşirəm. Eynən sağ vaxtında olduğu kimi".