Nazilə Səfərli:"Qapalı məclislərdə çox oluruq"

Şairə Nazilə Səfərli “Hüseynova bacıları” proqramındakı açıqlamaları ilə diqqət çəkib.
“Sherg.az” xəbər verir ki, o, sözügedən verilişdə bunları söyləyib:
“Adını çəkə bilmədiyimiz qapalı məclislərdə çox oluruq.
Həmin məclisləri sənətkarların çoxu xəyal belə edə bilməz. Burada söhbət puldan, nüfuzdan, rütbədən getmir. Musiqi duyumu olan insanların qarşısında çıxış edirik. Milçək uçsa, eşidilər. 

Orada  yalnız şeir deyib, mahnı oxumursan, imtahandan keçirsən.

Oxuduğuna görə, qonorar alırsan. Bəhs etdiyim məclislərdə gözəlliyə, bədən quruluşuna önəm verilmir.
Sırf sənətkar dinləmək istəyirlər. O məclislərdə iştirak edən sənətçilərin bir sanbal titulu var”.