Talıb Kənan MM-in işini BƏYƏNMƏYİB: "...Sevmədim"

Müğənni Talıb Tale “Onun sirri proqramında “ qona qolub. O, rejissor Kənana MM haqda dedikləri ilə diqqət çəkib.
“Sherg.az” xəbər verir ki, sənətçi bunları söyləyib:
““Bu gecəmiz” adlı mahnım çox populyarlaşdı. Ona klip çəkdirmək qərarına gəldik. Rejissoru Kənan MM oldu. O da idmana çox meyilli insandır. Məni klipdə idmançı rolunda çəkdi. Lakin  idmanın qabardıldığını gördüm. Onun xətrinə dəyməsin, çox sevmədim, “YouTube”dən sildirdim. Özünə də dedim.  Bu yaradıcılıqdır, fikirdir. Niyə xətrinə dəysin?  Kənan nə desə, onu etdim. Çəkiliş zamanı  sözünə qulaq asdım. Ağlımda o mahnı üçün fərqli klip var idi. Kənan zamanında yaxşı klip rejissoru idi. İndi klip çəkmir. Yəqin o sahədən uzaqlaşıb.  Klipdəki xanımla da boyumuz uyğun gəlmirdi. Hündür bir qız tapıb gətirmişdi.   Bir zamanlar bu mahnını Tunar Rəhmanın  adına yazırdılar. Mənə xoş gəlmirdi. Düzdür, onda da günah yox idi. Bu, plagiat kimi yayılırdı. Yavaş-yavaş düzəldi”.