Müğənni Zeynəb Həsəni: "...Anam öləndən yüküm azalıb"

Müğənni Zeynəb Həsəni “Onun sirri” proqramında həyat hekayəsindən bəhs edib.
“Sherg.az” xəbər verir ki, ifaçı çox çətinliklər yaşadığını söyləyib:
“Anam uzun illər xərçəng xəstəliyindən əziyyət çəkdi. Ona görə, bir çox şeydən imtina etdim, istədiyim yerlərə getmədim, arzuladığım bir işi görmədim. Beş manat da qazansam, onu evə verirdim ki, məndən narahat olmayın, özümü  bir təhər saxlayacam. Lakin  anamın xərcləri çox idi. Bəzən deyirdim, Allah, mənim üzərimə qoyduğun çox ağır məsuliyyətdir. Anam həmişə deyirdi ki, üstündə bir yükəm, öz həyatını yaşaya bilmirsən. Qayıdırdım ki, sən mənim üçün mükafatsan, yük deyil. Bunları büruzə vermədiyimə görə, eqoist kimi tanıyırlar. Amma bir qadın kimi çox ağrılı günlər  yaşadım. İstər-istəməz onlar məni qəddarlaşdırıb, qocaldıb. Daxilən 60 yaşında kimi hiss edirəm. Çox yorulmuşam. Hər gün öz-özümə danışıram. Deyirəm, kimsə görsə, dəli olduğumu düşünər. Anam dünyasını dəyişəndən sonra bitdim, tükəndim. Bəlkə də, yüküm azalıb, amma deyirəm, anam, sən yaşasan, daha güclü olardım.  Bir arzum qalmayıb. Təkcə anama sağlam həyat yaşatmaq istəyirdim. Qısa müddət buna nail oldum. İndi həyatda bir diləyim yoxdur”.