Toliklə Elnarə arasında qalmaqal: "Siz buna əl atmağa başlamısınızsa..."  

Prodüser Tarix Əliyevlə( Tolik) müğənni Elnarə Xəlilova arasında qalmaqal yaşanıb.
“Sherg.az” xəbər verir ki, Tolik Elnarənin illər öncəki “ Törəmək üçün doğulmuşam” açıqlamasını paylaşaraq bu sözləri yazıb:
“Allah bütün qadınlara ana olmağı nəsib etsin. Amma qadın yalnız törəmək üçün dünyaya gəlib? Elnarə yaxşı anadır. Demək olar ki, sənətini ailəsinə, uşaqlarına qurban verib”.
Müğənni prodüserin paylaşımından sonra səssiz qalmayıb. O, bu şərhi əlavə edib:
“Səkkiz il əvvəlki müsahibə indi yadınıza düşdü, Tarix bəy? Bir düşünək. Ad günüm deyil ki, məni xatırlayasan. Bilirəm, hamısı böyük sevgidəndir. Bəlkə, yeni klipim yayımlanacağı üçün yadınıza düşmüşəm? Axı həqiqəti başqa yerlərə yönəltmək lazımdır. Siz bunlara əl atmağa başlamısınızsa, deməli, hər şey qaydasındadır, mən düz yoldayam. Komplimentlərə görə təşəkkür edirəm. Bir çoxundan fərqli olaraq  həqiqətən də yaxşı anayam. Çoxuna da nümunəyəm.  Qurbanlara gəlincə...  Ayda bir mahnı çıxaran, 2 aydan bir klip çəkdirən adam sənətini qurban verə bilməz. Varsa, mənim kimi məhsuldar sənətçi misal çək.  Analığımla rəqabətə girə bilməzlər”.