Murad Arif:“İndiki nəsil səviyyəsiz “Tik-Tok” nəslidir”

“Halbuki, evlənmədən , doğub-törəmədən, ac-yalavac böyütmədən, boğub öldürmədən öncə düşünmək lazımdır”.
“Sherg.az” xəbər verir ki, bu sözləri Feysbuk profilində müğənni-bəstəkar Murad Arif 6 aylıq körpəsini boğub öldürən ata haqda yazıb. O, “Fəhləlik edərək 3 övladına ali təhsil və yüksək tərbiyə verən valideynlər də var. Əsas valideynliyə ibadətin bir forması kimi baxasan” şərhinə də münasibət bildirib:
“Artıq bunlar istisnalardır. Valideynlər sosializm dövrünün tərbiyəsi və verdiyi sosial güvəncin yetişdirdiyi adamlar idi. Gətirdiyiniz belə misallar artıq təhlükəlidir. İndiki nəsil pis təhsil, səviyyəsiz “YouTube” trendləri və Tik-Tok nəslidir. Burada, hazırki cəmiyyətdə əziyyətlə 3 uşaq böyüdüb, təhsil verən şəxslər istisna sayılmalıdır. Valideynlərimiz bacarıb, siz də bacarırsınız deməyin adamlara. Yazıqdırlar. Bacarmırlar, bacarmayacaqlar”.

Sənətçinin statusuna aktyor Vüsal Murtuzəliyev şərh əlavə edib:

“Afaq Bəşirqızı deyəndə ki, gəlib şəraitsiz daxmalarda 5-6 uşaq doğub baxa bilmirlər, çoxu linç elədi”.

Qeyd edək ki, öldürülən körpənin anası marketdə çalışdığını söyləyib. Uşağa baxmağa dayə və bir yaxını olmadığı üçün, onu evdə atasının yanında qoyub. Əri o, işə gedəndə “ Getmə, yoxsa uşaqları öldürəcəm”-deyib.

Qadın kişinin sözlərini ciddiyə almayıb. Uşağın atası ifadəsində əsəblərinin pozulduğunu, körpənin susması üçün üzərinə yorğan atdığını bildirib.