Şəbnəmə irad:“Səyahətə xərclədiyinizi şəhid ailələrinə verərdiniz”

Müğənni Şəbnəm Tovuzlu sosial şəbəkələrdə onu tənqid edənlərə cavab verib.
“Sherg.az”ın məlumatına görə, o, İnstaqram hesabında bunları yazıb:
“Görəsən, xain xanımların qəlbləri nə vaxt təmizlənəcək? Niyə bu qədər qəlbi  qarasınız?  Bir ay öncə 78 kilo idim, indi 69 kq çəkim var. Bunu sevənlərimlə bölüşürəm.

Xoşu gəlməyənin burada nə işi var? Mən hər kəslə insan kimi davranan mehriban biriyəm. Bu tanımadığım adamlara nə etmişəm?  Allah şəfanızı versin”.

İfaçı “O səyahətə xərclədiyiniz pulu şəhid ailələri və qazilərə verərdiniz.

Hər gün bir şəkil paylaşırsınız. Unutmayın ki, biz hamımız şəhidlərimizin, qazilərimizin sayəsində bu torpağın üstündə gəzirik. Sizin kimilərə baxanda deyirəm ki, heyif o cür oğullarımız getdi. Siz kefinizdən qalmırsınız” şərhinə də münasibət bildirib:

“Sən narahat olma. Hər ay yardım etdiyim ailələr var. Onlar da, Allah da bilir. Sənin bilməyin vacib deyil”.