Ayanla Nadir qucaqlaşdı...- FOTO

Müğənni Ayan Babakişiyeva və Nadir Qafarzadənin videosu sosial şəbəkələrdə gündəm olub.  Sözügedən görüntüləri A.Babakişiyeva paylaşıb. Lakin izləyiciləri hər iki müğənnini tənqid atəşinə tutub. Videoda “Benim o” mahnısının səslənməsi və iki sənətçinin qucaqlaşması tənqid olunub.
“Sherg.az” xəbər verir ki, istifadəçilər bunun doğru olmadığını düşünüblər.
 “selin.elshad”: “ Ayanın mahnısından bilinir. İstəsə başqa mahnı seçə bilərdi. Reytinq üçün belə edirlər. Düşünmürlər ki, qıraqdan pis görünür.  Nadirin xanımı hara baxır? Bilmir ki, Ayan ev yıxandır”.
“Solniwqo”: “Sənin niyə olsun ki? Camaatın ailəsi yoxdur?! Dağıtmaq istəyirsən”?
Bunun klip üçün olduğunu deyib, müğənniləri müdafiə edənlər də var.