Tolikdən iddia:“Özünə aparıcı deyənlərin dizini yerə qoydum”

“Verilişim bir ildir, yayımlanmır. Hələ də sosial şəbəkələrdə paylaşılır. Kül gündə proqramı yayımlanıb, amma mediaya maraqlı olmayan aparıcıların, verilişlərin başına”.
“Sherg.az” xəbər verir ki, bu sözləri İnstaqram hesabında prodüser Tarix Əliyev ( Tolik) yazıb. O, açıqlamasına davam edərək bunları söyləyib:
“Mən aparıcı olmasam da, özünə aparıcı deyənlərin dizini yerə qoydum.

Yenə edəcəm, proqramın harada yayımlanması elə də vacib deyil. Məncə, ölkəmizdə yalnız “gizli qəhrəmanlar” düşünürlər ki, nə istəsələr, edə bilərlər.
Onların əməlləri bir gün ortaya çıxacaq. Kimsə fikirləşir ki, mənim yolumu bağlayıb.
Allah açan yolu hansısa bəndə bağlaya bilməz.  Çünki Tanrı hər şeyin vaxtın bilir”.