Gülay Zeynallı koronavirusa yoluxub

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub.
"Sherg.az" xəbər verir ki, bu haqda sənətçinin özü İnstaqram hesabında canlı yayında danışaraq bunları söyləyib:
"Mənə yeddi gün sistem qoşdular. Sonra bir neçə dərman qəbul etdim, bitdi. İlk gün çox ağrıdım, onda qızımı nənəsinin yanına göndərdim. Ona görə Sahilə yoluxmadı".