Nura fərqli xarakterindən danışıb:“Məsələn, boksa gedirəm...”

Müğənni Nura Suri “Özəl” proqramında qonaq olarkən uşaqlıq illərindən danışıb.
“Sherg.az” xəbər verir ki, sənətçi digər həmyaşıdlarından fərqləndiyini söyləyib. N.Surinin sözlərinə görə, həmişə davaya, futbola marağı olub:
“Hətta indi də elədir, məsələn, boksa gedirəm. Mən beynimi “söndürməyi”, özümə qapanmağı sevirdim. Böyüdükdən sonra anladım ki, bunun adı meditasiyadır. Demə, doğulduğum andan məndə var imiş. Bir yerdə çox insan olanda panikaya düşürəm. Uşaqlıqda da qaçırdım, gizlənirdim, öz dünyama gedirdim. Məni çağrısalar da , onları eşitmirdim. Daha çox mütaliə edirdim, kitablarda yaşayırdım. Oxuduğum kitaba diqqətimi verirdim”.

Samirə