“Kişi xəyanət edirsə, bunun səbəbi qadındır”

Aktyor Fərda Amin ilk dəfə birinci həyat yoldaşından ayrılması haqda danışıb.
“Sherg.az”ın məlumatına görə,  “Üzə düz” verilişində qonaq olan sənətçi söyləyib ki, bu məsələləri iki oğlu ilə danışacaq:
“Onların da fikrini öyrənməyəcəm. Mən səhvəm, ya düz bunu zaman göstərəcək. Kişi xəyanət etməməlidir. Amma edirsə, bunun səbəbi qadındır. 

Görür ki, evdə hüzur yoxdur, daim “dır-dır” edilir. Dostları ilə görüşəndə, yaxud da fərqli yerdə bir xanımla tanış olur, onda özünə qarşı qayğı, diqqət hiss edir. 

Fikirləşir ki, niyə gedim, evdə “dır-dır” dinləyim, elə burada oturaram da. Bilirsiz, ərə getmək, makiyaj edib, foto çəkdirməkdən ibarət deyil. 

Hər şey ondan sonra başlayır. O  ya ən xoşbəxt olduğun gündür, ya da ömründə ən az xoşbəxt olduğun gün. Sən toyda, nişanda qaynananın oğlunu necə sevdiyini görmüsən. 

Qısa müddət sonra “anan belə-elə dedi” söyləyib deyinirsən. Əgər mən ayrılmaq istəsəm, 7 il evli qalmazdım. Şükür Allah iki oğluma iki qardaş nəsib etdi, 4 oğlum var. Bu gün tam xoşbəxtəm”.

Samirə