“Başqasına sayğı duymayan insan, özünə hörmət etmir”

“Bəzi hallarda qarşısındakı insana inanmadıqlarından, heç kəsə etibar etmədiklərindən yalan danışırlar. Hətta hər xırda məsələlərdə belə yalan söyləməli olurlar”.
“Sherg.az”ın məlumatına görə, bu sözləri Feysbuk hesabında müğənni Nura Suri yazıb. Onun sözlərinə görə, kiməsə etibar etməyən, yalan danışan insan ilk növbədə  başqalarına hörmət etmir:

 “Başqasına sayğı duymayan insan deməli özünə hörmət etmir. Özünə inamı olan, mərd adamlar yalanı sevmirlər. Bəzən insan məcburiyyətdən yalan danışır, kimisə qorumaq , kimlərisə düşündükləri, bəzən isə itirmək qorxusu ilə yalan danışırlar. Bəzən də qarşısındakı insanı sevdiyinə görə, qəlbini qırmamaq üçün məcbur olurlar. 

Kim hansı məqsədlə yalan danışır bəzi hallarda ayırd etmək olmur. İnsanları aldatmaq çətin deyil, çünki biz heyvanlardan fərqli olaraq sözlərlə inandırmağı bacarırıq. Heyvanlar  hiss edir kim onlara yaxşı məqsədlə, kim pis niyyətlə yanaşır. İnsanların bəziləri bunu bacarır, çoxu  tez-tez aldanıldığından insanlara etibarını itirir. İnsanlara etibar etmədikcə, səmimiyyət itir, münasibət qurmaq çətinləşir və tənhalıq onlara dost olur. Hər şey bir-birinə bağlıdır. Torpaqdan yaranan torpağa gedir. Yalandan uzaq olun, fəsadları yaxşı olmur”.