Ayandan Vüsaləyə:“Belə etmə, Vüsalə”

Müğənni Ayan Babakişiyeva qardaşının vəfatı ilə sarsılan Vüsalə Əlizadəyə dəstək verib. 
“Sherg.az” xəbər verir ki, o İnstaqram hesabında bu sözləri yazıb:
“Bu gün səni, halsız və yorğun üzünü gördüm. Gözünün yaşı durmadan üzündən süzülürdü. Sanki dünyanın sonunu izləyirdin, sənə aldığın nəfəs belə dar gəlirdi. İçimi parçaladın, belə etmə, Vüsalə. Üzün ağ olsun, ailən üçün əlindən gələni edirsən. Balan var, güclü olmalısan. Sevənlərin, ailən, dostların, üçün işinin başına dönməlisən. Qardaşının da ruhu şad olar”.
Qeyd edək ki, aparıcının həbçi qardaşı Əlihüseyn Əlizadə ötən ay avtombil qəzasında dünyasını dəyişib.