"Yalnız bir məqsədimiz var: “Azərbaycan qazansın””

“O səs Azərbaycan” proqramı növbəti sezona yeni münsif heyəti ilə başlayacaq.
Bundan sonra verilişdə xalq artistləri Brilliant Dadaşova, Tünzalə Ağayeva, müğənni-bəstəkar Murad Arif, “Eurovision 2011” qalibi Eldar Qasımov olacaq.
“Sherg.az” xəbər verir ki, bununla bağlı M.Arif Feysbuk profilində paylaşım edib. Sənətçi həmkarları ilə birgə fotosunu paylaşaraq bu sözləri yazıb:
“Dörd münsif, dörd ustad, dörd fərqli musiqi baxışı, sənət təcrübəsi, temperament. Yalnız bir məqsədimiz var: “Azərbaycan qazansın””.
Lakin M.Arifi E.Qasımova ustad dediyi üçün tənqid atəşinə tutublar.