Nisə Qasımova: “O vaxt çox zərif idim, söyüş bilməzdim...”






Xalq artisti Nisə Qasımova “Özəl” proqramında qonaq olub. Sənətkar həm həyatı, həm də sənəti ilə bağlı məsələlərdən söz açıb.
“Sherg.az” xəbər verir ki, N,Qasımova dünəndən bu günə dəyişdiyini xüsusi vurğulayıb:
“Keçmişlə bağlı yada salacağım məqamlar çoxdur. Mən o vaxt çox zərif idim, söyüş bilməzdim, emosional danışmazdım. Sanki qəribə bir dünyada yaşayırdım. Elə bilirdim ki, hamı mənim kimidir, eləcə də günlərim keçirdi, göylərdə uçurdum. İllər ötdü, mən bir yaş dövrünə gələndə hər şeyi  anladım. Beləliklə  öz mənəvi kimliyimi kimsəyə bildirməmək üçün çalışdım. Amma dəyişməsəm, o zamanki kimi olacaqdım. Bunlar mənim üçün keçmişdə qaldı”.

Samirə