Xoşqədəm böyük övladından danışıb


"Oğlum valideyn yanında olmağı özünə sığışdırmır"

Aparıcı Xoşqədəm Hidayətqızı instaqramda canlı yayım zamanı böyük oğlu ilə bağlı sualları cavablandırıb.
“Şərq” xəbər verir ki, o, oğlunun 27 yaşının olduğunu söyləyib. X.Hidayətqızı bildirib ki, oğlu onunla birgə yaşamır: “Mən o yaşda olanda ölkədə kifayət qədər tanınan, təkbaşına həyatını quran, uşaq böyüdən, qəzetin baş redaktoru olan insan idim. Siz Arda və Arını soruşsanız, deyərdim buradadırlar. Onun yaşıdları ata-ana saxlayır, o da valideyn  yanında olmağı özünə sığışdırmır. İstəyirəm ki, oğullarımız kişi kimi, şəxsiyyətli böyüsünlər. İyirmi yaşlı kişinin  ana yanında olması utancvericidir. Oğlumun işi-gücü var. Onu evləndirmək mənim işim deyil. Bir sevdiyi olsa, istəsə, böyük məmnuniyyətlə evləndirərəm”.

Samirə