Müğənnidən şəhidlərimizə hörmətsizlik: canlı yayın açıb güldü

Sosial şəbəkə istifadəçiləri müğənni Kərim Abbasovu tənqid atəşinə tutulub.
“Sherg.az” xəbər verir ki, müğənni instaqramda canlı yayın açıb və xoş ab-havada, gülərək izləyiciləri ilə söhbət edib. Lakin ona 27 sentyabrın Anım Günü olduğunu xatırladıblar. Bir sosial şəbəkə istifadəçisi “Axı bu gün Anım Günüdür. Şəhidlərimizə Allah rəhmət eləsin” şərhini yazıb.
 Digəri “Bu canlını özünü tərifləmək üçün açmısan” kommentini əlavə edib. Başqa bir istifadəçi isə “ Bu gün şəhidlərimizə hörmət etməliyik” deyərək müğənniyə irad bildirib.

Samirə