Fədayə Rəqsanə ilə münasibətlərindən DANIŞDI:"Dedim ki, gəl..." 

Küsülü olan müğənnilər Fədayə Laçın və Rəqsanə İsmayılova aktyor-müğənni Sərxan Kərəmoğlunun ad günü məclisində barışıblar.
“Sherg.az” xəbər verir ki, F.Laçın yubiley tədbirindən video paylaşaraq bu sözləri yazıb:
“Böyük sənətkarımız, çox sevdiyim Nisə Qasımovanı görməyimə sevindim. Allah can sağlığı versin. Oxudu, qulağımız sənətkar səsi eşitdi.

Sənət dostlarım muğam ifa edirdilər, Elnarə Abdullayeva məni da çağırdı, bir az oxudum. Bildiyiniz kimi, Rəqsanə xanım məndən incimişdi, amma mən ondan küsməmişdim. Məclisdə mənə söz veriləndə bütün sənət dostlarımın adlarını bir-bir çəkərək salamladım. Rəqsanəyə də salam verdim, o da salamımı aldı, sağ olsun. Sonda öpüşdük, görüşdük, dedim ki, gəl, mehriban olaq. Söhbət olmamış kimi etdik, gülə-gülə ayrıldıq”.

Qeyd edək ki, bir müddət öncə R.İsmayılova F.Laçına istər həbsxanada, istərsə də çıxdıqdan sonra etdiyi yaxşılıqların qarşılığında hörmət görmədiyini açıqlayıb.

Samirə