Şəbnəm Tovuzlu:“İnşallah bizə də fəxri ad nəsib olar”

Zaman-zaman sənət adamlarının-istər aktyorların, istərsə də müğənnilərin fəxri ad arzularının olduğunu eşidirik. Onlar sosial şəbəkə hesablarında, jurnalistlərə müsahibələrində bu diləklərini dilə gətirirlər. Bəzən isə birbaşa Mədəniyyət nazirliyinə müraciət edirlər. Yəni “fəxri ad davası" bitmir ki, bitmir...

 Şəbnəm Tovuzlu da fəxri adsız müğənnilərdən biridir. “Sherg.az”la həmsöhbət olan sənətçi deyib ki, o da  fəxri ad arzusundadır:

“Muğam təhsili almışam, xənəndəliyi bitirmişəm. Yaşıdım olan sənətçilər var ki, onlar da ad gözləyirlər. Məsələn, Gülay Zeynallı, Zenfira İbrahimova. İnsanın illər ərzində etdikləri nəzərə alınır, baxılır. Biz el şənliklərində muğamlar da, bəstəkar mahnıları da  ifa etmişik. Hər janrda ifalarımız olub. Əsas odur ki, müğənni müxtəlif  tərzdə mahnıların öhdəsindən gələ bilsin. Bizim Könül Kərimovamız, Nazpəri Dostəliyevamız var. Onlar illərdir el şənliklərində olublar, xalqın sevimliləridirlər. Xalq və əməkdar artist adlarına layiq görülüblər. İnşallah bizə də nəsib olar”.

Samirə