“Çoxluq nə istəyirsə, onu da oxuyuram”

“Muğam ciddi sənətdir. Bilirsiniz ki, dövlət səviyyəsində tədbirlər olanda, xaricdən qonaqlar gələndə muğam səslənir. Çünki muğam bizim  mili-mənəvi dəyərimizdir”.
Bu sözləri “Sherg.az”a açıqlamasında müğənni Afət Fərmanqızı deyib. O, muğam və estrada mahnılarından danışıb. Sənətçi iki janrı arasındakı fərqlərdən bəhs edib:

“Rəsmi tədbirlərdə muğam sənətkarları dəvət olunur. Bu da əladır. Biz də el şənliklərində eştirak edirik. Bir var xoş əhval ruhiyəli toy mahnıları, bir də var həzin, ciddi musiqilər. Bu tip mahnılara toyda çox yer vermək olmur. Onda məclis ağlaşmaya bənzəyir. Məsələn, matəm günlərində  muğamlarımız səslənir. Toyda isə şənlənmək lazımdır. Hamısının öz yeri var. Onu deyə bilərəm ki, muğam ciddi sənətdir. Toy, estrada yaxud da meyxana stilində olan mahnılar muğam qədər ciddidir. Axı biz də əziyyət çəkirik, amma müqayisə düzgün deyil. Misal üçün Alim Qasımov kimi dünya şöhrətli sənətkarın sənətini yüngül mahnıların ifaçıları ilə müqayisə etmək düzgün olmaz. Sənətkarlıq, peşəkarlıq başqadır, əl-ayaq oynadan mahnılar isə fərqlidir. Mən də pulumu qazanıram, kiminsə cibindən pul oğurlamıram. Çoxluq nə istəyirsə, onu da oxuyuram. Bunun da adını istəyirsiz yüngül, istəyirsiz ağır musiqi qoyun. Nə deyirsiz deyin, kim nə istəyir söyləsin. Hərənin özünə görə dinləyiciləri var”.

Samirə