Türk aktyor-Burak Özçivit kilolarıyla hamını heyrətləndirdi

Məşhur türkiyəli aktyor Burak Özçivit son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib.
“Sherg.az” xəbər verir ki, reytinq rekordu qıran "Kuruluş Osman" serialında canlandırdığı "Osman bəy" obrazı ilə adından söz etdirən Burak hər zaman gündəmdədir.
Ailəsi ilə birlikdə tətilə yollanan Özçivit bu dəfəki son görünüşü ilə sevənlərini üzüb.
O, bir müddət əvvəl Bodrumda yeni aldığı lüks bağ evində üstsüz görüntülənib. Özçivitin kilo alması diqqətdən yayınmayıb.
Ona çoxlu şərhlər yazılıb.