Paşinyan elan etdi: “Bakı səmimidir, gəlin razılaşaq”
Yusif Nəzərli
09:32 16.04.2025
Siyasət
385
“Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş mətni razılaşdırılıb və danışıqlar başa çatıb. Bu o deməkdir ki, biz sazişin imzalanması üçün müzakirələr mərhələsinə daxil olmuşuq və mən Ermənistan xalqı adından sənədi imzalamağa hazır olduğumu bəyan etmişəm”.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Paşinyan bildirib ki, Azərbaycan sazişi imzalanmasını iki məsələ ilə əlaqələndirir və bunlar başadüşüləndir:
“Birincisi, ATƏT-in Minsk qrupunun buraxılmasıdır. Mən dəfələrlə demişəm ki, bu, Ermənistan Respublikası üçün anlaşılan gündəmdir. Əgər biz Qarabağ məsələsi ilə bağlı səhifəni bağlayırıqsa, münaqişə ilə məşğul olan strukturun olmasının nə mənası var? Lakin bu qurumun ləğvi növzusu daha geniş kontekstdə baxılmalı olan məsələdir. Biz əmin olmaq istəyirik ki, strukturdan imtina edildikdən sonra Azərbaycan ərazisində bağlanan münaqişə daha sonra Ermənistan ərazilərinə keçməyəcək. Məhz bu istiqamətdə narahatlığı aradan qaldırmaq üçün sülh sazişi və ATƏT-in Minsk qrupunun ləğvi üçün birgə müraciət sənədini eyni anda imzalamağı təklif etdik”.
Baş nazir Azərbaycanın Ermənistan Konstitusiyası ilə bağlı tələbinin də anlaşılan olduğunu deyib:
“Bakının növbəti tələbi konstitusiya ilə bağlıdır. Onlar Ermənistan Respublikasının Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olduğunu vurğulayırlar. İlk növbədə bu məsələni bir çox ekspertlərin iddia etdiyi kimi bəhanə olaraq deyil, Bakının səmimi narahatlığı kimi dəyərləndirmək lazımdır. Biz özümüz problemin mahiyyətini, siyasi və hüquqi məzmununu vicdanla dərk etməliyik. Bildirməliyik ki, yalnız Ermənistan Respublikasının Konstitusiya Məhkəməsi Konstitusiyasının mətninin rəsmi şərhini verə bilər. 2024-cü ildə Konstitusiya məhkəməsi Azərbaycanla sərhədin demarkasiya və delimitasi prosesi üzrə razılaşdırılmış sənədi araşdırdı və Alma-Ata bəyannaməsinə uyğunluğunu təsdiqlədi. Həmçinin burada Azərbaycan və Ermənistan ərazilərinin SSRİ dövründə olduğu vahidlə tanınması da konstitusiyaya əsasən təsdiqini tapır. Fikrimcə, yeni Konstitusiya mətnində Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır. Lakin son qərarı verən Ermənistan xalqı olacaq”.
Qeyd edək ki, sözügedən Müstəqillik Bəyannaməsində Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı maddənin olduğu bildirilir. Rəsmi Bakı Konstitusiyanın bəyannaməyə əsaslandığını və Qarabağın işğalı üçün rəsmi əsasın yaradıldığını vurğulayıb. Konstitusiyanın dəyişdirilməsi və Müstəqillik Bəyannaməsinə əsaslanmaması tələb edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm